!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 yaşlı Sənanın həyat mübarizəsi - Çarəsiz ata yardım istəyir

!Reklam – Yazi

Övladı xərçəng xəstəliyindən əziyyət çəkən Əliməmmədov Kənan Nazim oğlu Femida.az-a yardım məqsədi ilə müraciət edib.

2015-ci ildə doğulan Sənan 3 yaş 4 aylıqdır. Onun xəstəliyi aşkar olunanda isə cəmi 2,5 yaşı var imiş.

“Ötən ilin fevralında uşaqda birdən sancılar başladı. Sənanı o vaxt adı “Grand Hospital” olan xəstəxanaya apardım. Orada bildirdilər ki, uşaqda heç bir yoxdur. Amma Sənanın ağrıları dinmək bilmirdi. 2-3 gün sonra yenidən həmin xəstəxanaya apardım. Bildirdilər ki, uşaq təcili əməliyyat olunmalıdır. Kor bağırsağında apandisit var. Mən də razılaşdım. Əməliyyatdan çıxandan sonra cərrah bildirdi ki, problem apandisit deyil. Sənanda xərçəng xəstəliyi var”, – ata bildirir.

Çarəsiz ailə daha sonra uşağı Milli Onkologiya Mərkəzinə aparıb. Müayinədən sonra körpəyə böyrək üstü vəzin xərçəngi diaqnozu qoyulub. Sənan Mərkəzdə 11 kurs kimya terapiyası, 17 gün isə şüa terapiyası alıb. Ardınca körpəni əməliyyat ediblər. Buna baxmayaraq, uşaq müalicəyə müsbət reaksiya verməyib.

“Daha sonra Talasemiya Mərkəzinə ixtisaslı türkiyəli professorun gəldiyini eşitdim. Uşağı apardım ki, o da müayinə etsin. Orada bildirdilər ki, uşağa sümük iliyi transplantasiyası və MİBG müalicəsi lazımdır. Təəssüf ki, Azərbaycanda MİBG müalicəsi yoxdur. Həkim dedi ki, uşaq Türkiyəyə aparılmalı və orada 3 ay müalicə kursu keçməlidir”, – deyə ata qeyd edib.

Qeyd edək ki, MİBG şüa mülicəsinin bir növüdür. Müasir tibbdə xərçəngə qarşı ən inkişaf etmiş müalicə üsullarından sayılır. Bu zaman xəstənin damarlarına buraxılan şua tibbi aparatların müəyyən edə bilmədiyi xəstə hüceyrələri müəyyən edərək onları sıradan çıxarır.

Məsələnin pis tərəfi budur ki, Sənanın ilk növbədə özü-özünü müalicə etməlidir. Belə ki, onun bədənin sümük iliyi çəkilməli və müxtəlif dərmanlar qatılaraq yenidən onun bədəninə yeridilməlidir.

“Onu da qeyd edim ki, Azərbaycanda əməliyyat uğurlu keçməmişdi. Övladımın bədənində olan şiş tamamilə kəsilməmişdi. Odur ki, uşaq Türkiyədə yenidən əməliyyat olunmalıdır. Övladımın Türkiyədə 3 aylıq müalicə və əməliyyatı üçün təxminən 60 min dollar lazımdır. Mənim bunun üçün imkanım yoxdur. Gücüm Bakıdakı müalicə xərclərini qarşılamağa çatır. Türkiyədə isə oğlumun sağalma ehtimalı 90 faizdir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya 2 dəfə məktub yazmışam, ümidim oradan müsbət cavab gəlməsidir. O, sadəcə 3 yaşlı uşaqdır. Amma yeni il bayramını belə xəstəxana otaqlarında keçirdi. Ailəmiz üçün çox acınacaqlı bir vəziyyətdir. Sizin vasitənizlə də xeyirxah şəxslərdən yardım istəyirəm. Övladımın həyatını xilas etmək üçün xeyirxah, imkanlı şəxslərdən kömək istəyirəm. Bü müalicəni etdirə bilməsəm, sağalma şansı çox azdır”, – ata bildirib.

Qeyd edək ki, “Kapital Bank”da 4169733212964477 nömrəli hesaba pul köçürməklə körpənin həyat mübarizəsinə dəstək ola bilərsiz. Sənana yardım etmək istəyən şəxslər Milli Ön ödəniş terminalları vasitəsi ilə də yardımlarını ona çatdıra bilər.

COP29

www.yenicag.az

2254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv