Azərbaycanda yağış yağacaq

media-hightechnic-468x90

gence_rain_110614Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.

media-banner_tuq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05