Azərbaycandakı səfirlik viza verilməsini dayandırdı

media-hightechnic-468x90

Yaranmış “fors-major” vəziyyətlə əlaqədar olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq viza qəbulunu həyata keçirə bilmir.

Yenicag.az-a bu barədə səfirlikdən məlumat verilib.

Bildirilir ki, uzunmüddətli Şengen vizalar (D) üçün ərizəçilər Macarıstanın Tbilisidəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər: “Hazırda səfirlik yaranmış “fors-major” vəziyyətdən öncə olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında yenilənir. Ərizəçilər konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600