Azərbaycandan Qazaxıstana ümumilikdə 446 nəfər yola salındı

media-hightechnic-468x90

Pandemiya dövründə ümumilikdə 446 vətəndaş Bakı Limanından yola salınıb.

Yenicag.az-ın məlumatına görə, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandan Qazaxıstana yollanıb:

“May ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık Limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253-ü Qazaxıstan vətəndaşı və 193-ü xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa