Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobus yandı

Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

Yenicag.az xəbər verir ki, avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. (APA)