!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın həmləsini gözləyən 8 KƏND: “Ordumuz çox yaxında həmin əraziləri də...”

!Reklam – Yazi

“Azərbaycanın ərazisi olan İncə dərəsindəki meşələr 1984-ci ildə Şamil Rəsizadənin imzası ilə qeyri-qanuni yolla ermənilərə verilib”.

Bu fikirləri Ermənitan rəsmilərinin anklavlar məsələsinin həlli üçün hüquqi zəminin olmaması barədə bəyanatlarına münasibət bildirən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan və Ermənistan ərazilərinin sahəsi, sərhədlərin haradan keçdiyi, anklavlar məsələsinin hüquqi yolla həllinin mümkün olduğu hər kəsə məlum olsa da, İrəvanı narahat edən başqa məsələlər var:

“Onlar öz ərazilərində olan Azərbaycan kəndlərinin ordumuz tərəfindən azad edilə biləcəyini çox yaxşı anlayırlar. Lakin Ermənistanı narahat edən məsələ həmin kəndlərin Gürcüstana gedən əsas yolun üzərində yerləşməsidir. Yəni ermənilər Azərbaycanın sözügedən kəndləri nəzarətə götürdükdə, həmin yolun bağlanacağından ehtiyatlanırlar.

Bu səbəbdən, məsələnin həlli üçün hüquqi əsasların olmadığı iddialarını dilə gətirirlər. 1991-ci il Almatı bəyannaməsi ilə Azərbaycan ərazisi anklavlar da daxil olmaqla, 86,6 min kvadrat kilometr hüdudunda tanınıb. Lakin hazırda Azərbaycan ərazisi faktik 86 min kvadrat kilometrdir. Yəni o 0.6 min kvadrat kilometr ərazidə həmin kəndlər yerləşir.

Azərbaycanın ərazisi olan İncə dərəsindəki meşələr 1984-ci ildə Şamil Rəsizadənin imzası ilə qeyri-qanuni yolla ermənilərə verilib. Bu məsələləri isə açıb-ağartmaq istəmirlər. Çünki Qazaxın 7 kəndi bilavasitə Azərbaycanın öz ərazisidir. “İdiotizm” sindromuna tutulan ermənilərin indiki vəziyyəti göz qarşısındadır. Görünür, Azərbaycanın qələbəsini heç cür həzm edə bilmirlər. Qatar artıq gedib, nə sayıqlasalar da, boşunadır. Azərbaycan ordusu çox yaxında həmin əraziləri də nəzarətə götürəcək”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv