Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - SİYAHI

media-hightechnic-468x90

Azərbaycanın 2021-ci ildə məhsul ixrac etdiyi əsas ölkələr açıqlanıb.

Yenicag.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 41,6 faizini İtaliyaya, 12,7 faizini Türkiyəyə, 4,1 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,4 faizini Xorvatiyaya, 3,0 faizini Gürcüstana, 2,9 faizini Almaniyaya, 2,7 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,5 faizini İspaniyaya, 2,0 faizini Ukraynaya, 1,9 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,3 faizini Belarusa, hər biri 1,2 faiz olmaqla İsveçrə və Çexiyaya, 1,0 faizini Kanadaya, 7,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,3 faiz), Türkiyəyə (24,9 faiz), İsveçrəyə (8,3 faiz), Gürcüstana (5,8 faiz), ABŞ-a (2,8 faiz), Braziliyaya (2,7 faiz), Ukraynaya (2,0 faiz), İtaliyaya (1,9 faiz), Qazaxıstana (1,5 faiz), Niderlanda (1,5 faiz), İrana (1,3 faiz), Çinə (1,3 faiz), Belçikaya (1,2 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa