Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı
Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,1 %-i elə dollarda olub.
Yenicag.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6,5 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,7 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,3 %-ni, sabit dərəcə ilə olanlar isə 50,7 %-ni təşkil edib.
Xarici dövlət borcunun 49,9 %-i 5 ilə qədər olan müddətdə, 44,1 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 6 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.