!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edildi

!Reklam – Yazi

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Efiopiya arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Efiopiya Federativ Demokratik Respublikasında səfərdə olub.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər zamanı Yalçın Rəfiyev Efiopiya Federativ Demokratik Respublikasının Nazirlər Kabineti Ofisinin başçısı Alem Tsehay Paulos, xarici işlər naziri Gedion Timotheos, ticarət və regional inteqrasiya naziri Kassahun Qofe, kənd təsərrüfatı naziri Girme Amente, eləcə də Efiopiya İnvestisiya Komissiyası və Efiopiya İnvestisiya Holdinqinin rəhbərləri ilə görüş keçirib, ölkədəki sənaye parkları və infrastruktur layihələri ilə tanış olub.

Keçirilmiş görüşlər zamanı, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassienin Bakıda keçirilmiş COP29-un Liderlər Sammitində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı aparlmış müzakirələrin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni səhifə açdığı və yol xəritəsini müəyyən etdiyi vurğulanıb. Həmçinin ticarət, sərmayə, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri müzakirə edilib, müvafiq sahələrdə hüquq-müqavilə bazasının yaradılması və işçi qrupların təsis edilməsi razılaşdırılıb. Qarşılıqlı ticarət missiyaların və biznes forumların təşkil edilməsinin zəruriliyi qeyd edilib. Efiopiyada vətəndaşlara xidmət mərkəzlərinin məhz Azərbaycanın bu sahədə uğurlu layihəsi olan “ASAN xidmət” konsepsiyası əsasında təsis edilməsi və bu istiqamətdə intensiv işin davam etdiyi məmnunluqla ifadə edilib.

Səfər çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 3-cü iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Efiopiya tərəfindən isə xarici işlər üzrə dövlət naziri Mesqanu Arqa rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitətəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Hökumət missiyasına Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZPROMO, Azərbaycan İnvestisiya Holdinqi və SOCAR nümayəndələri daxil olub.

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv