Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

media-hightechnic-468x90

Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq, konsulluq və diaspor məsələləri direktoratlığının direktoru Qiorqi Tabatadze rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.

Məsləhətləşmələrdə həmçinin Azərbaycanla Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

media-yvrinu0ondtqzigojci9qvw6px9vil3i5rtg7t52_1200 media-r10rxjexvhttb80mwje3wm1fjpy6iomqpkoygw3l_1200 media-wzifiboqyfvazpiyxqmkdfzolrw2eouotnbck60j_1200

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05