Azərbaycanlı alimin kitabı “Cambridge Scholars Publishing”də nəşr edildi

media-hightechnic-468x90

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun “Türk Dünyası Sosial, İqtisadi və Siyasi Əlaqələr” kafedrasının müdiri, uzun illərdən bəri xarici ölkələrdə elmi fəaliyyəti ilə Azərbaycan tarixinin həqiqətlərini araşdıran və geniş fundamental təhlillərini dünya ictimaiyyətinə çatdıram soydaşımız professor Vəfa Qurbanın baş redaktoru olduğu “Qərbi Azərbaycan və Zəngəzur Dəhlizi: Tarix, İqtisadiyyat, Hüquq və Regional Güc Mübarizəsi” adlı monoqrafiya İngiltərədə “Cambridge Scholars Publishing” nəşriyyatı tərəfindən çap edilib.

Yenicag.az xəbər verir ki, kitabda regionun geosiyasi baxımdan ən strateji əhəmiyyətli bölgələrindən biri olan Cənubi Qafqaz çoxşaxəli şəkildə tədqiq edilib.

Vəfa Qurban: “Monoqrafiyanın əsas məqsədlərindən biri Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi ictimaiyyətə obyektiv və akademik əsaslar çərçivəsində çatdırılmasıdır. Bu çərçivədə, xüsusilə, rus arxiv materiallarına istinad olunmaqla Qərbi Azərbaycanın tarixi konteksti, bölgədə həyata keçirilmiş demoqrafik transformasiya prosesləri və xüsusilə, Ermənistan tərəfindən Qərbi Azərbaycan torpaqları üzərində dövlət qurması müxanizmi geniş şəkildə təhlil edilib”, – söyləyib.

“Tədqiqatın digər mühüm məqsədi isə tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, iqtisadiyyat və strateji araşdırmalar sahələrində ixtisaslaşmış mütəxəssislər tərəfindən hazırlanmış multidissiplinar yanaşmalar vasitəsilə Türk Dünyası üçün həyati əhəmiyyət daşıyan və regional sabitliyin təmin edilməsində kritik rol oynayan Zəngəzur Dəhlizinin tarixi inkişaf xəttini, mövcud vəziyyətini və perspektivlərini araşdırmaqdan ibarətdir”, – deyə Vəfa xanım əlavə edib.

Monoqrafiyada 2020-ci il Qarabağ Zəfərindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda demoqrafik dəyişikliklər, torpaq hüquqları və beynəlxalq hüququn tətbiqi kimi məsələlərə dair hərtərəfli analitik təhlil təqdim edilərək, həm akademik ictimaiyyət, həm də qərarverici orqanlar üçün əhəmiyyətli elmi mənbə rolunu oynayır.

Kitabın ərsəyə gəlməsində Prof. Dr. Vəfa Qurbanla yanaşı Prof. Dr. Cavid Abdullazadə, Dos. Dr. Hamit Özman, Dos. Dr. Oğuzhan Ergün, müəllim Nur Çümən Aşçı, Berrin Sarı və vəkil Burçin Oğuz elmi töhfələr veriblər.

Sonda Prof.Dr. Vəfa Qurban bu əsərin ölkəmiz və elmi ictimaiyyət üçün faydalı olmasını arzu edib.

Kitabın “Cambridge Scholars Publishing” veb-səhifəsindəki linkini təqdim edirik:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa