!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı biznesmen avtoritetlərin qurbanı oldu

!Reklam – Yazi

bazarusiyaRusiyada azərbaycanlı biznesmenə məxsus baza yandırılıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, yandırılan məkan Yekaterinburqda azərbaycanlı biznesmen Azər Piriyevin icarəyə götürdüyü 4 saylı meyvə-tərəvəz bazası olub. Artıq yanğın hadisəsi ilə bağlı istintaq işləri başlanılıb.

İlkin ehtimala əsasən, baza elə Azər Piriyevin əmri ilə yandırılıb.

İddiaya əsasən o, anbarları və anbarlarda işləməyə görə xərac ödəmək istəməyən taciklərin qanunsuz mehmanxanalarını yandırmaq barədə öz adamlarına göstəriş verib. Hadisə şahidlərinin sözlərinə görə, güc strukturları bazaya gələrkən Azər şəxsi kafesində olub və qaçmağı bacarıb. Onun hazırda harada olduğu bilinmir.

Polis qüvvələri tərəfindən hadisəylə əlaqəli ola biləcək təxminən 100 nəfər saxlanılıb.

Məlumata görə, Azər Piriyev kriminal aləmlə əlaqəli şəxsdir. Onun “klan”ına Zaur Həsənov, Əhliman, Bəhruz (Borya), həmçinin Ural ərazisinə “nəzarət edən” kriminal avtoritet Ağayar Ağayev daxildir. Ağayar Ağayev həm də Rövşən Lənkəranskinin adamı kimi tanınır. Odur ki, yanğının Lənkəranskinin əzəli düşməni Ded Hasanın tərəfdarları tərəfindən yandırılması ehtimalı da var.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv