Azərbaycanlı biznesmen oğurlanıb

media-hightechnic-468x90

c72998cf71c6b6b332875262cbac1e65Rusiyanın Surqut şəhərində yerli biznesmenin qaçırılmasında Azərbaycan vətəndaşı şübhəli bilinir.

Hadisə yanvarın 16-da baş verib.

49 yaşlı yerli sahibkar Barat Əkbərov naməlum şəxslər tərəfindən qaçırılıb. Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansiysk Muxtar Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata əsasən, ət istehsalı ilə məşğul olan biznesmen evinin yaxınlığında “Moskviç-2141” markalı maşınla naməlum istiqamətə qaçırılıb. Hadisə yerindən onun qanlı papağı tapılıb. Polisə avtomobilin Azərbaycan vətəndaşına məxsus olduğu məlumdur.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, Barat Əkbərovu məşğul olduğu biznes sahəsi ilə əlaqədar qaçırıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600