Azərbaycanlı gənc faciəvi şəkildə öldü

media-hightechnic-468x90

922af1242991e8567f4405d073d11690Rusiya Federasiyasının Krasnoyarsk şəhərində azərbaycanlı gənc faciəvi şəkildə ölüb.

Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini Ayaz Məmmədov  açıqlamasında bildirib ki, əslən Azərbaycanın Oğuz rayonundan olan 24 yaşlı Muradov Elman İbrahim oğlu noyabrın 22-də axşam saatları şəhərin mərkəzindəki kafelərin birinin qarşısında naməlum avtomobil tərəfindən vurulub və avtomobil onun üstündən təkrar keçdikdən sonra hadisə yerindən uzaqlaşıb.

A. Məmmədov deyib ki, bir gün sonra yerli polis əməkdaşları hadisəni törədən şəxsi tapıblar və onun yerli sakin olduğu müəyyənləşib: “Hazırda faktla bağlı polis cinayət işi açıb, istintaq gedir. Hadisənin səbəbi hələ ki məlum deyil”.

E. Muradovun meyiti Azərbaycana göndərilib və doğulduğu rayonda dəfn olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600