Azərbaycanlı hakim Çempionlar Liqasının oyunlarını idarə edəcək
Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.
Yenicag.az AFFA-ya istinadla xəbər verir ki, baş hakimı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.
Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.
Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” – “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.