Azərbaycanlı hakim Tokio olimpiadasına dəvət aldı

media-hightechnic-468x90

Avropa Karate Federasiyası Hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunları üçün 15 hakim sırasına daxil edilib.

Milli Karate Federasiyasından (AMKF) Yenicag.az-a verilən məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi belə qərara gəlib.

Babayev AMKF Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, “Əməkdar məşqçi”, eləcə də “Qaraqaplan” klubunun məşqçilərindən biridir. 198 üzv ölkəyə malik WKF onu 2013-cü ildə dünyanın “Ən yaxşı hakimi” seçib.

Təcrübəli referi həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakı-2015 I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Babayev Azərbaycan Prezidentinin “Fəxri fərmanı” ilə təltif edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600