Azərbaycanlı hüquqşünas Moskvada dünyasını dəyişdi

media-hightechnic-468x90

16adc0c33644e98f06c3ebe5cf7f9ca0Moskva tanınmış azərbaycanlı hüquqşünas, akademik Cahangir Kərimov vəfat edib.

Yenicag.az apa-ya istinadən bildirir ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Cahangir Kərimov ömrünün 92-ci ilində dünyasını dəyişib.

Akademiklə vida mərasimi Rusiya paytaxtında keçirilib. Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Rusiyanın görkəmli elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub. 1942-ci ildə Bakıda hərbi məktəbi bitirdikdən sonra Böyük Vətən Müharibəsində yollanıb. 1946-cı ildə Ümumittifaq Hüquq İnstitutunu bitirdikdən sonra müxtəlif vəzifələrdə çalıb. 1965-1969-cu illərdə Leninqrad Dövlət Universitetinin prorektoru olub.

Akademik Cahangir Kərimov hüquq elminin fəlsəfi problemləri, sosial planlaşdırma, idarəetmə və nəzəriyyə üzrə mütəxəssis olub. O, 800-dən çox elmi məqalənin, 40-dan çox monoqrafiyanın müəllifidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600