!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı məşhurun 22 yaşlı oğlu üzə çıxdı: “Onu dəlicəsinə sevirəm”- ÖZƏL+FOTOLAR

!Reklam – Yazi

Hər zaman övladını mediadan uzaq tutan məşhur aktrisa, xalq artisti Həmidə Ömərova kino təqdimatlarının birində Yeniçağ.az-ın fotokamerasına tuş gəlib.

Qeyd edək ki, 22 yaşlı Rəhim aktrisanın yeganə övladıdır. O, proqramçı kimi fəaliyyət göstərir.

H.Ömərova oğlu ilə bağlı bunları deyib:

“Oğlum sənətimi davam etdirmədi. Bu sahəyə marağı olmadığı üçün mən də məcbur etmədim. O, seçdiyi sənətin ardınca getdi. 22 yaşı var. Amma mən yeganə balamı tez evləndirmək arzusundayam. Çünki artıq nənə olmaq istəyirəm. Amma neyləyim ki, hələ evlənmək fikrində deyil”.

Rəhim də hələ ki subaylığın daşını atmaq fikrində deyil:

“Mən yer üzündə bir qadına aşiqəm. O da mənim anamdır. Onu dəlicəsinə sevirəm. Amma hələ ki, onun arzusunu reallaşdırmaq fikrində deyiləm. Amma seçəcəyim qız anamın zövqünə uyğun olmalıdır. Bu məsələdə calışağıq ortaq məxrəcə gələk”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv