!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı müğənni İstanbulda taksi sürücüsü tərəfindən döyüldü - FOTO / VİDEO

!Reklam – Yazi

10 ilə yaxındır Türkiyədə yaşayan azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsünün hücumuna məruz qalıb.

İfaçının sözlərinə görə, hadisə səhər saatlarında, işdən evə qayıdarkən baş verib. Belə ki, yolun sağ tərəfindən ötmə əməliyyatı həyata keçirmək istəyən sürücünün avtomobili onun maşınına çırpılıb. Bağıyeva taksi sürücüsünün qəza törətməsinə baxmayaraq, yoluna davam etdiyini gördükdə siqnal verib. Bundan qəzəblənən qarşı tərəf maşınından düşərək müğənnini təhqir etməyə başlayıb, sonra isə onun üstünə hücum edib.

“Sağımdan ötmə əməliyyatı etmək istəyən sürücü maşını ilə avtomobilimin qabaq hissəsini əzdi. Mən siqnal verəndən sonra avtomobilini saxladı və maşından düşdü. Maşınımdan düşüb, “nə edirsən?” deyəndə saçımdan tutub üzümü yumruqlamağa başladı”, – deyə Bağıyeva baş verənlər haqqında danışıb.

Nəticədə musiqiçinin burnu qırılıb, dodağı partlayıb, bundan başqa mobil telefonu sınıb.

Bağıyeva polisə şikayət ərizəsi ilə müraciət edib.

“Universitetimi burada oxumuşam, əsas peşəm hüquqşünasdır. Mən Vəkillər Kollegiyasında qeydiyyatdayam. İlk dəfədir belə bir hadisənin şahidi oluram. Həm günahkardır, həm də güclü”, – deyən Bağıyeva hücumçunun tezliklə tutulmasını və həbs olunmasını istədiyini deyib.

 

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv