Azərbaycanlı müğənni qəzaya düşdü – Yaralılar var – Yenicag.Az

Reklam

Reklam

Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ramil Quliyevin idarə etdiyi “Opel” markalı avtomobil şəhərin 4-cü mikrorayonunda 1992-ci il təvəllüdlü müğənni Həmid Sultanın idarə etdiyi “Ford” markalı maşınla toqquşub.

Nəticədə “Opel”in sürücüsü R.Quliyev, “Ford”u idarə edən H.Sultan və onun sərnişini 26 yaşlı Heydər Akmuradov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hər 3 şəxsin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1784
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."