Xatundan özünə PARODİYA QADAĞASI: “İki müğənni mənə yazdı ki...”

media-hightechnic-468x90

“Görürdülər ki, həmin ərəfədə mənə necə torbalar tikirlər…”

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Elgizlə izlə” verilişində deyib.

Sənətçi vaxtilə etdiyi parodoyalara görə “başının ağrıdığını” və bəzi həmkarlarının məsləhəti ilə bu hobbisinə son qoyduğunu bildirib:

“Parodiya etməyi xoşlayırdım. Bir çox məşhur müğənniləri parodiya edirdim. Həmin ərəfədə çox üstümə gəldilər, stress keçirdim. Gövhər Rzayeva mənə dedi ki, daha parodiya etməyi yığışdır, gör nə qədər stress keçirirsən, nəyinə lazımdır, sənin sənətin, səsin, mahnıların var. O ərəfədə Gülüstan Əliyeva və Nüşabə Ələsgərli də mənə yazdılar ki, parodiya etmə, nəyinə lazımdır? Çünki görürdülər ki, həmin ərəfədə mənə necə torbalar tikirlər. Mən də onlara söz verdim və bunu yığışdırdım, daha etmirəm”.

Nehru

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600