Azərbaycanlı prodüsserin oğlu vəfat etdi

media-hightechnic-468x90

72251Azərbaycanda fəaliyyət göstərən ilk prodüserlərdən biri olan Asif Kərimovun oğlu vəfat edib.

İfaçılar Mətanət İsgəndərli və xanəndə Elnarə Abdullayevaya ilk addımlarında kömək olan Asif bəyin 18 yaşlı oğlu ağır xəstəlikdən dünyasını dəyişib. Bu barədə ətraflı məlumat almaq üçün Elnarə xanımla əlaqə saxladıq.

O bildirdi ki, prodüserin oğlu Cavidan 10 ildən çoxdur ki, xəstəlikdən əziyyət çəkib: “Asif illərdir ki, oğlunu həyatda saxlamaq üçün əlindən gələni edirdi. Lazım olan hər yerə aparmışdı, Allah heç kimə övlad itgisi göstərməsin, amma bu xəstəliyin çarəsi tapılmadı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600