Azərbaycanlı rejissorun səhhəti pisləşib

media-hightechnic-468x90

main_292Azərbaycanın tanınmış rejissoru Hafiz Fətullayevin səhhəti pisləşib. Rejissor açıqlamasında uzun müddətdir xəstə olduğunu bildirib.

Heç yerdən köməyi olmadığını deyən Hafiz Fətullayev heç bir quruma ağız açmaq istəmədiyini də bildirib. Rejissor son vaxtlar xalq artisti Şəfiqə Məmmədovanın onunla maraqlandığını əlavə edib.

Qeyd edək ki, Hafiz Fətullayev 1944-cü ildə Bakıda anadan olub. O zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. “Qırmızı qatar”, “Müqəddəs oda yanaram” filmlərinin quruluşçu rejissoru olub. “Mücrü” filmində və “Fatehlərin divanı” televiziya tamaşasında aktyor kimi çıxış edib(report.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa