Azərbaycanlı şair dünyasını dəyişdi

media-hightechnic-468x90

53d9600ae3f71595d6fc1eeb2e6d0405Azərbaycanın tanınmış şairlərindən Zivər Ağayeva dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, Z. Ağayeva bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Z. Ağayeva ilə vida mərasimi Bilgəhdə keçiriləcək və mərhum bu gün Bilgəh qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Z. Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib, “Azərbaycan qadını” jurnalında işləyib. Müəllif “Özün seç, özün bəyən”, “İlk baharda gəlmişəm” və s. kitabların müəllifidir.

Onun sözlərinə bəstələnən mahnıları Flora Kərimova və başqa bir çox tanınmış müğənni ifa edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600