Yəmən parlamentinin sədri humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi - FOTO

media-hightechnic-468x90

Yəmən Nümayəndələr Palatasının sədri Sultan Səid Əlbarkani göstərilən mənəvi və humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı bildirib.

Sultan Səid Əlbarkani ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və burada gördükləri inkişafdan məmnunluğunu bildirib.

Yəmən Nümayəndələr Palatasının sədri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı, o cümlədən parlamentlər arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Eyni zamanda görüşdə iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərarası əməkdaşlığın özünəməxsus rolu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki ölkənin qanunverici orqanında qarşılıqlı dostluq qruplarının yaradılması münasibətlərin inkişafına böyük töhfə olardı.

Qeyd edək ki, Yəmən parlamentinin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 20-ci sessiyasında qatılmaq məqsədilə Azərbaycana səfərə gəlib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05