Azərbaycan daha iki ölkəyə alma tədarük etməyə başladı

media-hightechnic-468x90

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 32,6 milyon ABŞ dolları dəyərində 40 min 737 ton alma göndərilib.

media-banner_tuq

Yenicag.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22,5 %, kəmiyyət olaraq – 5 % çoxdur.

Hesabat dövründə Rusiyaya 26,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çox) 33 min 321 ton (-7 %), Özbəkistana 2,1 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 1 min 679 ton (+3,2 dəfə), Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində (+10 dəfə) 1 min 872 ton (+14 dəfə), Qazaxıstana 786 min ABŞ dolları dəyərində (+95 %) 1 min 886 ton (+87 %), Birləşmiş Ərəb Əmirliklərinə 515 min ABŞ dolları dəyərində (-32 %) 445 ton (-50 %) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana (12 min ABŞ dolları dəyərində 18,5 ton) və İspaniyaya (41 min ABŞ dolları dəyərində 30 ton) həyata keçirilib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05