!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı zəvvar Mədinədə dəfn olundu

Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Əli Maqmed oğlu Mürsəlov Mədinə şəhərində vəfat edib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.

Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.

Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.

Dəfn işləri Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi və Səudiyyə Ərəbistanında yerləşən Al-Rawda şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.

 

 

www.yenicag.az

244
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100