Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlıların Berlin yürüşü Türkiyə mətbuatında - VİDEO

Bu gün Berlində Ümumavropa Qarabağ Mitinqi keçiriləcək.

Yenicag.az xəbər verir ki, yürüşlə bağlı Türkiyə mətbuatı da məlumat paylaşıb.

“Haber Global” yürüşlə bağlı material hazırlayıb.

“Xocalıda yaşananlar unudulmadı” başlıqlı materialda Almaniyadakı Azərbaycanlılar Dərnəyinin Berlində Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi təşkil etdiyi bildirilib.

Rəssam Əşrəf Heybətovun çəkdiyi rəsmlər ictimaiyyətin diqqətini çəkib.

“Xocalı təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük faciədir. Mənim də Azərbaycan rəssamı kimi belə əsərləri yaratmaq vətəndaşlıq borcumdur”, – deyə Ə.Heybətov deyib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da tədbirdə iştirak edib.

Materialda bildirilib ki, Almaniyadakı azərbaycanlılar isə böyük yürüşə hazırlaşır. Mitinqdə 30-dan çox ölkədən gələn azərbaycanlılar iştirak edəcək.

Hocalı katliamı unutulmadı!

Hocalı katliamı unutulmadı!Azerbaycanlılar Berlin'de yürüyüş gerçekleştirecek.

Gepostet von Haber Global am Samstag, 22. Februar 2020

www.yenicag.az

376
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100