Milli Mətbuatın 150 illiyi QEYD OLUNDU– FOTOLAR
Milli Mətbuatımızın 150 illiyinə həsr olunmuş təbrik tədbiri keçirib.
Yenicag.az xəbər verir ki, Tibetis Uzunömürlülər Klubunun təşkil etdiyi tədbirdə medianın peşəkar simaları, tanınmış jurnalistlər iştirak edib.
Klubun direktoru, psixoloq Ülviyyə Murtuzova jurnalistləri Milli Mətbuatın 150 illiyi münasibəti ilə qonaqları təbrik edib:
“150 il öncə görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb. Bu gün dövlətimiz Azərbaycan mətbuatının inkişafı üçün çoxsaylı addımlar atır və Azərbaycan mediası da bu dəstəyi yüksək qiymətləndirir. Məhz bunun bariz nümunəsidir ki, Azərbaycan mətbuatı yarandığı gündən keçən 150 il ərzində öz ənənələrinə sadiqlik nümayiş etdirib. Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb. Bütün media mənsublarını təbrik edirəm”.
Tədbirdən fotoları təqdim edirik:
Cəvahir