!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlını öldürən polisin arvadının yalanı üzə çıxdı

!Reklam – Yazi

Rusiyanın Novosibirsk vilayətində 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi ehtiyatsızlıq səbəbindən qətlə yetirmiş yol polisinin həyat yoldaşına qarşı hədə-qorxu gəlinməsi barədə xəbərlər həqiqətə uyğun deyil.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, polis müfəttişi Aleksandr Qusyevin həyat yoldaşı Natalya Qusyeva vəkilinin məsləhəti ilə ictimaiyyətin diqqətini özünə və ərinin həbsinə cəlb etmək üçün yalan bəyanatla çıxış edib. Əslində isə nə o, nə də qohumları heç kim tərəfindən hədələnməyib.

Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub.

V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu gün isə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığı ilə qatil polis azadlığa buraxılıb./Bakupost.az/

www.yenicag.az

1354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv