Romalıların böyük ayaqqabıları: Tədqiqatçılar təəccübləndilər - FOTO

media-hightechnic-468x90

İngiltərənin şimalında yerləşən Maqna Roma qalasında aparılan qazıntılarda 30-dan çox qədim Roma ayaqqabısı tapılıb.

Yenicag.az xəbər verir ki, ayaqqabıların bəzilərinin ölçüsü tədqiqatçıları təəccübləndirib.

Belə ki, onlardan birinin ölçüsü 32,6 sm olub və bu, müasir ölçü ilə 49 nömrəyə uyğundur.

Tapılan ayaqqabılar həm böyüklərə, həm də uşaqlara məxsusdur. Alimlər bu tapıntını Roma ordusunda müxtəlif fiziki quruluşlara malik insanların olması ilə əlaqələndirirlər.

Araşdırma göstərir ki, bu cür üzvi materiallar iqlim dəyişikliyi səbəbilə risk altındadır və qədim insanların fiziki xüsusiyyətləri, gündəlik həyatı və mədəni müxtəlifliyi barədə mühüm məlumatlar təqdim edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600