“Azercell”in günbəgün artan tarifləri müştəriləri BOĞAZA YIĞIB – VİDEO

media-hightechnic-468x90

Son günlər “Azercell”in tarif siyasəti ilə bağlı sosial şəbəkələrdə müştərilər tərəfindən bir sıra şikayətlər irəli sürülür. İstehlakçılar şirkətin müştərilərin icazəsi olmadan onları müxtəlif kampaniyalara qoşaraq, balanslarından xəbərdarlıq etmədən məbləğ tutmasından narazıdırlar.

Bu problem müştərilərin haqlı olaraq məlumatlandırılmaması və onların razılığı olmadan xidmətlərdən istifadə edilməsi ilə bağlı suallar doğurur. Sosial şəbəkələrdə bu məsələyə dair artan şikayətlər isə “Azercell”in xidmət şərtlərinin gözlənildiyi şəkildə tətbiq olunmadığına dair narazılıqları gündəmə gətirir.

media-img_4434

Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, mobil operatorlar bazarda inhisarçı qurumdur və bu mürəkkəb müasir texnologiyadan istehlakçılar baş açmır.

media-img_4435

Onun sözlərinə görə, istehlakçıların buna müdaxilə etmək, dəyişmək və qaytarmaq imkanları yox dərəcəsindədir.

O, diqqətə çatdırıb ki, rəhbərlik etdiyi quruma “Azercell”dən şikayətlər gəlməkdədir.

media-img_4436

Daha ətraflı videomaterialda:

Rafi Müslümov

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600