Xırdalanda zəncirvari qəzada xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANIB

media-hightechnic-468x90

Xırdalan şəhərində baş verən qəzada xəsarət alan şəxsin sağlamlıq vəziyyəti açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“İyulun 11-də, saat 11:10-da 1975-ci il təvəllüdlü şəxs (kişi) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

 

***

Xırdalan şəhərində baş verən qəzanın təfərrüatı məlum olub.

Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Hadisə bu gün səhər saat 11 radələrində, Bakı – Sumqayıt şosesinin köməkçi yol istiqamətində baş verib. KIA markalı, 77-DJ-131 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan İsmayılzadə idarəetməni itirərək əvvəlcə Bəhmən Allahverdiyevin idarə etdiyi 77-VB-339 dövlət nömrə nişanlı, “Mercedes-Sprinter” markalı avtomobilə, daha sonra isə 10-TG-404 dövlət nömrə nişanlı 517 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05