Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Azercell-in strategiyası çərçivəsində 13 min insan tibbi yardım alıb

“Azercell Telecom” MMC ölkənin lider mobil operatoru olmaqla yanaşı, həm də öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmiş sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir.

Belə layihələr sırasına “Mobil Göz Klinikası “ və “Mobil Diş Klinikası ”nı aid etmək olar. Fəaliyyətləri dövründə adıçəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq “Mobil Diş Klinikası”nın xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib. 2011-ci il iyun ayının 1-ində Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan “Mobil Göz Klinikası” bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.yenicag.az

2203
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM