Ölkəmizdə hər zaman innovativ ideyalara, bir çox layihələrə dəstək verən şirkət kimi tanınan Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır.
Azercell-dən Yenicag.az-a verilən məlumata görə, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, eləcə də mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Yaşından asılı olmayaraq hər bir kəs sevdiyi Azərbaycan müəllifinin əsərinə buktreyler çəkib, onu festivalın rəsmi internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə yarışmada iştirak edə bilər. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasıdır.
Bu ilki IV Buktreyler Festivalı iştirakçılar üçün bir yenilik təqdim edir. Belə ki, layihənin əsas tərəfdaşı olan ölkənin lider operatoru Azercell şirkəti “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı ayırmışdır. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkib, bu nominasiya üzrə festivala müraciət etməklə 1.000 AZN məbləğində mükafat qazanmaq şansını əldə edə bilər.
Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerin sayına məhdudiyyət qoyulmur. İştirak şərtləri və tələbləri haqda məlumatı www.booktrailer.az rəsmi internet səhifəsindən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəsindən əldə etmək olar. Həmçinin yaranmış bütün suallarla bağlı [email protected] email ünvanına müraciət etmək mümkündür.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən 1-ci yerin qailibi 1000 AZN, 2-ci yerin 2 qalibi 800 AZN, 3-cü yerin 3 qalibi 500 AZN dəyərində mükafat qazanacaq. Mobil telefonla buktreyler çəkmiş qalibi isə Azercell şirkəti tərəfindən “Ən Yaxşı Mobil Buktreyler” nominasiyası üzrə 1.000 AZN pul mükafatı gözləyir.
Buktreylerlərin son qəbul tarixi 1 aprel, 2019-cu ildir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.yenicag.az