Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Azərenerji”dən “Etibar Pirverdiyevin parkı” iddiasına REAKSİYA

Xaçmaz şəhərindəki Səməd Vurğun adına parkın “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən “özəlləşdirilməsi”nə dair xəbərlərə qurumdan reaksiya verildi.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı Yenicag.az-a avqustun 29-da dərc olunmuş “Etibar Pirverdiyevə məxsus olduğu deyilən park yandırıldı?- FOTOLAR” yazısı ilə əlaqədar redaksıyamıza müraciət edib.

Babanlı qeyd edilən parkın “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə məxsus olması haqda məlumatın həqiqətə uyğun olmadığını deyib:

“Xaçmaz şəhərində yerləşən Səməd Vurğun adına parkın “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevə məxsus olmasına dair iddialara aydınlıq gətirərək bildiririk ki, bəzi media orqanlarında yayılan həmin xəbər həqiqətə uyğun deyil.

Ümumiyyətlə, adıçəkilən parkın kiməsə məxsus olduğunu iddia etmək absurddur və belə məlumatların dərc olunmazdan əvvəl aidiyyatı qurumlarla dəqiqləşdirilməsi lazımdır. Çünki yayımlanan xəbərlər gərək dürüst və obyektiv olsun. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev barəsində həqiqəti əks etdirməyən belə məlumatın yayılmasından təəssüf hissi keçiririk”.

www.yenicag.az

1085
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS