“Azərenerji” prezidentinin “həyat iksiri”: Su, canavar sidiyi və.... – VİDEO

media-hightechnic-468x90

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev kabinetinin və yeni istifadəyə verilmiş elektirik stansiyasının təhlükəsizliyini ekstrasenslərə həvalə edib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, yeni açılmış elektirik stansiyasının girişində at nalı, içərisində isə “gözmuncuğu” kimi “şər qüvvələrdən qoruyucu vasitələr” asılıb.

Bu, yəqin ki, Baba Rzayevin özünəməxsus təhlükəsizlik tədbiridir. Bundan başqa, xidmətinə ehtiyac duyulan ekstrasensin Baba Rzayevin şəxsi kabinetinə “hifzedici” məhlul səpdiyini əks etdirən videogörüntülər də sosial mediada yayılıb.

Məlumata görə, həmin məhlul adi su və canavar sidiyi ilə Baba Rzayevin öz sidiyindən hazırlanıb.

Göründüyü kimi, kreslosunda rahatlıqla əyləşə bilməyən “Azərenerji”nin prezidenti öz vəzifəsini cadu-piti ilə qorumağa çalışır.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa