!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” İslam Həmrəylik Oyunlarına hazırlıqları yekunlaşdırıb

!Reklam – Yazi

“Azərişıq” ASC olaraq IV İslam Həmrəylik Oyunlarının elektrik enerji təchizi ilə bağlı hələ 2015-ci ilin sentyabr ayından etibarən hazırlıqlara başlamışıq”.

Yeniçağ.Az  xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, bu məqsədlə cəmiyyətin sədri Baba Rzayev tərəfindən müvafiq əmr və sərəncamlar verilib: “Həmin əmr və sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların təşrif buyuracağı mehmanxanaların, parkların, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Xüsusən, İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasimlərində tələb olunan keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatı ilə bağlı xüsusi tədbirlər görülüb. İşin operativliyini təmin etmək məqsədi ilə “Azərişıq” üzrə Mərkəzi Qərargah yaradılıb, məsul şəxslər də cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanaraq işlək hala gətirilib. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində qurlaşdırılan rele mühafizəsi, aftomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması və əks-qəza məşqlərinin keçirilməsi ptosesi tam təmin edilib. Keçirilən əks-qəza məşqləri heyətin operativ sxemlərini və imkanlarını nə dərəcədə bildiklərini aşkar etməyə imkan verib, eləcə də, operativ məlumatların alınması və sərəncamların verilməsi vərdişlərini aşılayıb. Treninqlərdə həmçinin operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri zamanı yanğın, qəza və diğər mümkün fövqəladə hallar barədə təlimatlar verilib. Ümumilikdə əks-qəza məşqlərini ümumilikdə İslam Həmrəylik Oyunlarının baş tutacağı 17 əsas və 6 köməkçi obyekti qidalandıran 25 yarımstansiya və 12 transformator məntəqəsində 292 nəfər personal iştirak edib”.

“Azərişıq” sözçüsü deyib ki, yarışların keçiriləcəyi günlərdə elektrik enerji təchizatında fasiləsizliyi təmin edəcək məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili sistemləşdirilib: “İndi “Azərişıq” ASC İslam Həmrəylik Oyunlarına hazırlıqla əlaqədar bütün zəruri işləri tam sona çatdırıb. Hazırda həm dislokasiyalarda, həm arenalarda, həm yarımstansiyalar və transformator məntəqələrindəki personal hazır vəziyyətdə yarışların başlamasını gözləyir”.

 

Yeniçağ.Az

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv