"Azərışıq"da mühüm dəyişiklik 

media-hightechnic-468x90

Bu barədə mia.az-a daxil olan məlumata görə, “Azərışıq” ASC-nin Enerji Satış Departamentinin direktoru Qara Nəbiyev işdən kənarlaşdırılıb.

Məlumatda qeyd olunur ki, ASC sədri Baba Rzayevlə departament direktoru arasında mübahisə düşüb. Nəticədə sədr direktoru işdən azad edib.

Məsələylə bağlı mia.az-a açıqlama verən”Azərışıq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bu barədə məlumatsız olduğunu bildirib:

“Bu gün kollegiya olub, amma Qara Nəbiyev iclasda iştirak etməyib. Mən bildiyimə görə, məzuniyyətə çıxıb. Onu deyə bilərm ki, onun işdən çıxarılması ilə bağlı əmr yoxdur”.

Qurumun adının çəkilməsini istəməyən əməkdaşının verdiyi məlumata görə isə Qara Nəbiyev ötən həftə işdən kənarlaşdırılıb və artıq neçə gündür ki, işə çıxmır.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa