!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq”ın vəzifəli şəxsi ailəsi ilə qəzaya düşdü – Xanımı öldü

!Reklam – Yazi

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Emil Əkbərlinin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan sərnişin, 2000-ci il təvəllüdlü Suğra Əkbərli aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

*** 09:20

İsmayıllı rayon sakini olan E.Əkbərli son günlərədək “Azərişıq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, bir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıb. Hadisə də vəzifəli şəxs ailəsi ilə birgə Bakıya gələrkən baş verib./Qafqazinfo/

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv