AzərTac-ın yaranmasından 95 il keçir

media-hightechnic-468x90

849112013-cü ilin sentyabr ayında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc-ın Baş direktoru qurumun vitse-prezidenti və dalbadal üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma milli agentliyin sədrliyi barədə qərar qəbul olunub.

2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, Associated Press, Reuters, Frans Press, EFE, SKY News Arabia, Los-Angeles Times, Guardian, BBC kimi media nəhənglərinin, məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən Xəbər Agentliklərinin IV Konqresində AzərTAc daha bir uğura imza atıb. Konqresin qərarına əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə sədrlik AzərTAc-a keçəcək.

Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21 ölkədə – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.

95 illik yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) adlandırılıb. Dövlətimizin başçısının digər sərəncamları iləagentliyin iki əməkdaşına “Əməkdar jurnalist”, üç əməkdaşına “Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına “Əməkdar mühəndis” adı verilib, yeddi əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edilib.

AzərTAc-ın perspektivləri cəlbedicidir. Hazırda agentlik üçün orijinal layihə əsasında müasir tələblərə uyğun bina inşa edilir. Agentlik yaxın vaxtlarda öz fəaliyyətini ən son texnoloji avadanlıqla təchiz olunması nəzərdə tutulan yeni binada davam etdirərək yeni hədəflərə doğru daha qətiyyətlə irəliləyəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600