AzTV-nin mətbuat katibi vəzifəsi tanınmış jurnalistə həvalə olundu

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədov tərəfindən qurumun Mətbuat xidmətinin rəhbəri vəzifəsi tanınmış jurnalist Mübariz Aslanova həvalə olunub.

Yenicag.az xəbər verir ki, M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, M.Aslanov əvvəllər “Azadinform”, APA və “Report” informasiya agentliklərində fəaliyyət göstərib.

Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara başlanılıb. Maliyyə sistemi şəffaflaşdırılıb, irihəcmli kadr islahatı həyata keçirilib, televiziyanın efir proqramlarında köklü yeniliklərə start verilib. Bundan başqa, televiziya filmləri və tamaşalarının illik planı da artıq təsdiqlənib./Report/