Azyaşlı övladlarına əsəbiləşən ana özünü bıçaqlayıb - Bakıda

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunda övladları ilə mübahisə edən qadın özünü bıçaqlayıb.

“Report”un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

H.Quliyev küçəsi, 9, mənzil, 3-də yaşayan 1987-ci il təvəllüdlü Kazımova Xalidə Kərim qızı öz qarın nahiyəsinə 3 bıçaq zərbəsi vuraraq intihara cəhd edib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ərindən boşanan X.Kazımovanın iki azyaşlı övladı var. Qadın övladlarına ona məxsus mobil telefonun adaptorunu qırdıqları üçün bərk əsəbiləşib. X.Kazımovanın anası onu sakitləşdirmək istəsə də, bunu bacarmayıb.

Qohumlarının dediyinə görə, iki uşaq anası dəfələrlə intihara cəhd göstərib.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa