Azyaşlı uşağı avtomobil vurdu

media-hightechnic-468x90

62863_res_01Bu gün günorta saatlarında Tovuz rayonunun Qovlar qəsəbəsində yol qəzası baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq yolu keçmək istəyərkən “Niva” markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan 8 yaşlı Qovlar qəsəbə sakini Yusif Museyibov dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər zərərçəkənin vəziyyətini kafi qiymətləndirirlər. Hadisəni törədən “Niva” markalı avtomobilin sürücüsünün hərbçi olduğu bildirilir.

Faktla bağlı Tovuz polisi araşdırma aparır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa