Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azyaşlı uşaq 3-cü mərtəbədən düşdü – Bakıda

rtrt3Bakıda uşaq binadan düşüb. Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin V massivindəki binalardan birində qeydə alınıb.

Suraxanı rayonunun 33-cü Polis bölməsindən ans press-ə verilən məlumata görə, azyaşlı Kərimova Zəhra binanın 3-cü mərtəbəsindəki yaşadığı evin pəncərəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb.

Ağır vəziyyətdə olan uşaq dərhal qonşulardan birinin köməkliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb.

Xəstəxandan bildirdilər ki, azyaşlının vəziyyəti ağırdır.

Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt uşaq evdə 6 yaşlı bacısı ilə birgə olub və evin qapısı da çöl tərəfdən bağlı olub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını açaraq xəsarət alan azyaşlının bacısını xilas ediblər.

Valideynlərin uşaqları evdə qoyub qapını bağlayaraq işə getdikləri bildirilir.

Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.

 

www.yenicag.az

481