Bağçalara növbəyə yazılma prosesi davam edir

media-hightechnic-468x90

2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yenicag.az-a bildirilib ki, qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa