Bağçalı: "İçimizdəki "agentlər" "Terrorsuz Türkiyə" hədəfini yıxmaq istəyir"
“Sionizmə xidmət edən içimizdəki “agentlər” “Terrorsuz Türkiyə” hədəfini yıxmaq istəyir”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP)sədri Dövlət Bağçalı yazılı açıqlamasında deyib.
Bağçalı Türkiyənin daxildə və xaricdə ağır problemlərlə üz-üzə olduğunu, lakin millətin bu çətinliklərlə üzləşəcək iradə və gücə sahib olduğunu bildirib.
O, “Terrorsuz Türkiyə” idealına qarşı daxili və xarici mərkəzlərin hərəkətə keçdiyini vurğulayıb:
“Sionizmə xidmət edən içimizdəki “agentlər” bu hədəfi yıxmaq istəyir. Əməkdaşlıq edənlər düşmənlə eyni cəbhədədir”.
Baxçalı həmçinin İsrailin bölgədəki hər bir terror qruplaşmasını maşaya çevirdiyini qeyd edərək İsraili regional sabitliyin ən böyük düşməni adlandırıb.
“Terrorsuz Türkiye” hədəfinin reallaşacağına inandığını bildirən MHP lideri bu tarixi prosesə əngəl törədənlərə isə millətin zamanı gələndə cavab verəcəyini deyib.