Bağırov onu Ağalı məktəbinə direktor göndərdi

media-hightechnic-468x90

Azər Əlizamin oğlu Niftəliyev Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə direktor təyin olunub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.

Məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi də təsdiqləyib.

Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, məktəbin bundan əvvəlki direktoru Nərmin Həsənova bu ilin iyul ayında səhhəti ilə əlaqəli ərizə yazaraq işindən ayrılıb. Direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Sahil Aslanlıya həvalə olunmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600