Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bağlanan banklar, “yağlı tikə”, “leşyeyən məmurlar”... - İqtisadçıdan Mərkəzi Banka SƏRT İTTİHAM

“Təəssüf ki, həmin vəzifələr hələ də vakantdır və Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə bir sıra bankların bağlanması və ləğvi ilə bağlı prosedurların təsirini şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənovun sözlərinə görə, bank qanunvericiliyimizin tərtibi Mərkəzi Bank üçün geniş imkanlar açıb. Yəni qanunvericiliyə əsasən, Mərkəzi Bank olduqca geniş səlahiyyətlərə malikdir:

“Mərkəzi Bankın bəyanatları məhz bilərəkdən qəliz yazılır ki, heç kəs onları başa düşməsin. Əlqərəz, özünüzü avam və kütbeyin hesab etməyin. Bankın işi pul alveridir. Birindən aşağı faizlə əmanət (o cümlədən, sahibkarların cari hesabları) cəlb edir ki, digərinə həmin pulu kredit kimi yuxarı faizlə verib qazanc əldə etsin.

Təbii, krediti götürən bankirlərə yaxın şəxslər (yaxud öz biznesləri) olduqda, rüşvət və sair müqabilində aşağı faizlə, uzun müddətə və girovsuz da verə bilərlər. Bu halda kredit gedər-gəlməzə verilir və problemli olur, yəni qayıtmır”.

Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bank vəzifəsini dürüst və vicdanla icra etsə, heç bir bank müflisləşməz:

“Almaniyada onilliklərdir ki, heç bir bank müflisləşmir. Bizdə isə məsələn, ən iri bankımız “Bank Standard” müflisləşəndə məlum oldu ki, borcu qalıq əmlakından 6 dəfə çoxdur və 1 milyard manatdan çox vəsait talan edilib.

Düzdür, başqa hal da ola bilər. Tutaq ki, bankın verdiyi əksər kreditlər sağlamdır. Yəni kifayət qədər girov təminatı var. Amma borclular krediti qaytarmır. İşlər məhkəməyə düşür və illərlə məhkəmə çəkişməsi gedir. Məlumdur ki, yekunda bank udacaq, girovları satıb pulunu qaytaracaq.

Əslində, hər bağlanan bank sistemə olan etibarı sarsıdır. Lakin bağlanmalı bankın vaxtında bağlanmaması da sistemə mənfi təsir göstərir. Necə ki bizdə bir ilə yaxın müddət ərzində müflisləşmiş “AtaBank”ı bağlamırdılar”.

Mərkəzi Bankın əsas vəzifəsinin müflis və likvidlik problemi yaşayan bank arasında fərqi müəyyən etmək və ictimaiyyətə hər qərarını bu prizmadan geniş açıqlamaq olduğunu bildirən iqtisadçı qeyd edib ki, bu fonda birinci tip bankı bağlamaq, ikinciyə isə kredit vermək lazımdır:

“Hətta bəzən dövlət müflis banka yardım edə bilər. Məsələn, bir neçə il əvvəl dövlət “Beynəlxalq Bank”a 3 milyard dollardan çox pul bağışlayaraq, onu müflislikdən xilas etdi. Ona görə ki, bu bank çox böyükdür, onun bağlanması bütövlükdə bank sistemimizi çökdürə bilərdi. Belə banka “sistem əhəmiyyətli bank” deyilir.

2016-cı ildə “Bank Standard” da sistem əhəmiyyətli bank elan olunmuşdu, dövlət onu xilas etmək üçün yüz milyonlarla vəsait ayırdı, amma yekunda bankı bağladılar”.

Əkrəm Həsənov hesab edir ki, Mərkəzi Bank hər hansı bankın bağlanmasına qərar verəndə, bu addımı ciddi şəkildə əsaslandırmalıdır ki, heç bir şübhə yaranmasın.

“Mərkəzi Bankın qərarlarına tam etimad yoxdur, onun əsl niyyətini bilmək olmur. Axı bağlanmış sağlam bank belə panika nəticəsində müştərilərini itirə və zəifləyə bilər.

Bu baxımdan da Mərkəzi Bankın qərarlarının səhv olduğunu sonradan sübut etmək çox çətindir. Hər hansı banka yönəlik sərt addımın atılması və bunun ictimailəşdirilməsi həmin banka etimadı sarsıdır.

Nəticədə sağlam bank da “xəstələnə” bilər. Buna görə də qanunvericiliyə əsasən, Mərkəzi Bankın İdarə Heyətində iki kənar üzv olmalıdır ki, onun üzərində ictimai nəzarət olsun. Lakin təəssüf ki, həmin vəzifələr hələ də vakantdır və Mərkəzi Bankın üzərində heç bir nəzarət yoxdur.

Hətta Hesablama Palatası da onu indiyədək yoxlamayıb”.

Gülşən Şərif

www.yenicag.az

1106
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100