!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın mühafizəkar siyasəti fonunda İNFLYASİYA RİSKİ: “İqtisadi aktivlik azaldıqda...”

!Reklam – Yazi

“Açıqlanan rəqəmlər Mərkəzi Bankın bu istiqamətdə apardığı uzunmüddətli mühafizəkar siyasətinin nəticəsində ortaya çıxıb”.

Bu fikirləri ölkədə pul bazasının artmasına təsir göstərən amilləri şərh edən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, iqtisadi aktivliyin nisbətən aşağı olduğu hallarda pul bazasının genişlənməsi inflyasiya risklərini artırır:

“Pul bazasının artmasını şərtləndirən müxtəlif faktorlardan biri də dövlət büdcəsinin xərclərində əvvəlki illərlə müqayisədə artımın qeydə alınmasıdır. Builki dövlət büdcəsinin xərclərində də 20 faizə yaxın artım müşahidə edilib.

Digər tərəfdən, bankların kredit portfellərinin genişlənməsi də pul bazasının artımına təsir edən amillərdəndir. Qeyd olunmalıdır ki, bu il banklardan 2 milyard manatdan çox kredit götürülüb. Bu kimi faktorlar yüksək inflyasiya fonunda paralel olaraq pul bazasının genişlənməsini şərtləndirib.

Pul bazasının genişlənməsi iqtisadi aktivlik nisbətən aşağı olduğu hallarda inflyasiya risklərini artırır. Həmçinin bu pulun dövriyyə sürətinə mənfi təsir edə bilər. Dövretmə sürətinin aşağı olması isə iqtisadi passivliyin siqnalı hesab olunur.

Nəzərə almaq lazımdır ki, açıqlanan rəqəmlər Mərkəzi Bankın bu istiqamətdə apardığı uzunmüddətli mühafizəkar siyasətinin nəticəsində ortaya çıxıb. Əgər bu siyasət həyata keçirilməsəydi, hazırda pul bazasındakı artım və inflyasiya göstəriciləri daha yüksək olardı.

Belə olduğu təqdirdə, ölkə əhalinin alıcılıq qabiliyyətinin azalması və manatın sürətlə real dəyərini itirməsi reallığı ilə qarşı-qarşıya qala bilərdi. Bu istiqamətdə görülən tədbirlər müvafiq riskləri qismən də olsa, minimallaşdırır”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv